Cookies

Cookies

Gizlilik Qaydaları

1. Sizin Məxfiliyinizə Təminatimiz

EMBAHOME müştərilərimizin məxfiliyini qorumağı öhdəliyinə götürür. EMBAHOME məxfilik qaydaları (“Məxfilik Qaydaları”) bizim saytlarımız (“Veb səhifələrimiz”) və ya hər hansı mobil saytlarımız, eplikeyşnlarımız, vidcetlərimiz və digər mobil interaktiv vasitələrimiz, həmçinin bizim nəzarətimizdə olan sosial şəbəkə səhifələri (“Sosial şəbəkə səhifələrimiz”), Veb səhifələr daxil olmaqla (“Saytlar”), və sizə göndərdiyimiz HTML formatlı email mesajlardan onlayn yaxud offlayn olaraq topladığımız və ya bizə göndərdiyiniz bütün şəxsi məlumatları əhatə edir. Saytlara daxil olmaqla siz bu Məxfilik Qaydalarında göstərilən maddələri qəbul etmiş olursunuz. Əgər şərtlərin hər hansi biri ilə razı deyilsinizsə veb səhifədən istifadə etməməyiniz və ya heç bir şəxsi məlumat ötürməməyiniz xahiş olunur.

2. Şəxsi Məlumatlar

Hansı şəxsi məlumatları toplayırıq?

Şəxsi məlumatlar” dedikdə sizin şəxsiyyətinizi müəyyənləşdirə biləcək aşağıdakı məlumatlar və ya məlumat parçaları başa düşülür:

Şəxsi məlumatları necə toplayırıq?

Biz və provayderlərimiz şəxsi informasiyaları aşağıdakılar da daxil olmaqla müxtəlif yollarla əldə edirik:

Bəzi hallarda Saytımız vasitəsilə edilən onlayn satış və ianələri isiqamətləndirmək məqsədilə biz üçüncü şəxs ödəmə xidmətindən istifadə edə bilərik. Bu zaman sizin şəxsi məlumatlarınız biz yox, həmin üçüncü şəxs(lər) tərəfindən əldə olunur və məlumatlar bu Qaydaların deyil, Üçüncü şəxsin məxfilik qaydalarının subyekti olur. Bizim üçüncü şəxs(lər)in məlumatlarınızdan istifadəsi və onları açması üzərində nəzarətimiz yoxdur və buna görə məsuliyyət daşımırıq.

Məlumatları necə istifadə edirik?

Şəxsi məlumatları aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:

3. Təhlükəsizlik

Biz Şəxsi Məlumatları nəzarət altında saxlamaq üçün ağlabatan təşkilati, texniki və inzibati tədbirlərdən istifadə edirik. Təəssüf ki, İnternet vasitəsilə heç bir məlumat ötürülməsinin və ya məlumat saxlanmasının təhlükəsizliyinə 100% zəmanət vermək olmur.

Əgər sizin bizimlə danışıqlarınızın artıq təhlükəsiz olmadığını düşünməyə əsasınız varsa, (məsələn, əgər siz bizimlə olan hər hansı hesabınızın təhlükədə olduğunu hiss edirsinizsə), xahiş edirik “Bizimlə Əlaqə” bölməsindəki forma vasitəsilə bizi dərhal problem barədə məlumatlandırasınız.

4. Giriş, Dəyişiklik Və Seçimlər

Biz sizə Şəxsi Məlumatlarınızdan marketinq məqsədləri üçün istifadə və açıqlanması ilə bağlı çoxlu seçimlər veririk.

Xahiş edirik nəzərə alasınız ki, dəyişikliklər dərhal həyata keçməyəcək. Biz çalışacağıq ki, sizin tələblərinizi praktiki cəhətdən mümkün qədər tez, ancaq heç bir halda tələbin alınmasından 30 gündən gec olmamaqla yerinə yetirək. Xahiş edirik həmçinin nəzərə alasınız ki, siz marketinqlə bağlı mesajların alınmasını dayandırdıqdan sonra da biz sizə vacib inzibati mesajları göndərməyə davam edə bilərik və siz inzibati mesajları almaqdan imtina edə bilməzsiniz.

Biz sizin tələbinizi mümkün ən qısa zamanda yerinə yetirməyə çalışacağıq. Qeyd edək ki, bizim səylərimizə baxmayaraq bəzi qalıq məlumatlar məlumat bazasında və başqa qeydlərdə qala bilər, və onlar silinmir və dəyişdirilmir. Əlavə olaraq, nəzərə alın ki, qeydlərin aparılması məqsədləri üçün biz müəyyən məlumatları saxlaya bilərik və / və ya sizin dəyişiklik və ya silinmə ilə bağlı tələbinizdən öncə başladığınız hər hansı əməliyyatı tamamlaya bilərik (məsələn, siz alış və ya reklam daxil etdiyiniz anda Şəxsi Məlumatlarınızı bu alış və ya reklam tamamlananadək dəyişdirə və ya ləğv edə bilməzsiniz).

5. Üçüncü Şəxs Saytlar

Məxfilik Qaydaları Embahome Saytında olan linklərin idarəçiləri də daxil olmaqla hər hansı üçüncü şəxsin məxfiliyi, məlumatları və ya digər təcrübələri üçün nəzərdə tutulmur və biz həmin məlumatlara görə məsuliyyət daşımırıq. Hər hansı linkin Embahome Saytına daxil edilməsi link saytının biz və ya tərəfdaşlarımız tərəfindən qəbul edilməsinə səbəb olmur.

Əlavə olaraq biz sizi üçüncü şəxs funksionallığı ilə təmin edə bilərik və bu sizə sosial şəbəkə hesabınıza məzmun paylaşmaq imkanı verəcək. Nəzərə alın ki, bu funksionallıq vasitəsilə verdiyiniz məlumatlar bu Qaydalarla deyil, müvafiq üşüncü şəxslərin məxfilik qaydaları ilə tənzimlənir. Bu funksionallıq vasitəsilə verdiyiniz məlumatlar üzərində nəzarətimiz və məsuliyyətimiz yoxdur.

Biz həmçinin sizin Facebook, Apple, Google, Microsoft, RİM və ya hər hansı proqram təkmilləşdiricisi, proqram təminatçısı, sosial media platforması təminatçısı, əməliyyat sistemi təminatçısı, simsiz xidmət təminatçısı və ya cihaz istehsalçısı kimi digər qurumlarda olan, sizin Şəxsi Məlumatlarınızı Proqramlar və Sosial Media Səhifələri vasitəsilə daxil etdiyiniz digər qurumlar da daxil olmaqla, məlumatların və təcrübələrin (məlumat təhlükəsizlik təcrübələri daxil olmaqla) yığılmasında, istifadəsində və açıqlanmasında məsuliyyətli deyilik.

6. Yetkinlik Yaşina Çatmayanlar Tərəfindən Səhifələrdən Istifadə

Əgər sizin yaşınız 16-dan böyük, 18-dən kiçikdirsə, siz valideyniniz və ya himayəçiniz ilə birlikdə Məxfilik Qaydalarının şərtlərini nəzərdən keçirib əmin olmalısınız ki, hər ikiniz bu şərtləri başa düşürsünüz. Biz öz isifadəçilərimizin yaşını müəyyənləşdirməyə məsul olmasaq belə bununla bağlı doğrulama yoxlamaları apara bilərik. Əgər öyrənsək ki, 16 yaşından kiçik şəxslər haqqında onların valideyninin icazəsi olmadan məlumat toplamışıq, bu halda həmin informasiyanı ən qısa zamanda siləcəyik və biz bu şəxsin müvafiq veb-səhifələrə çıxışını əngəlləyə bilərik.

Biz, böyüklər tərəfindən alınması üçün uşaqlar üçün proqramlar təklif edirik. Uşaqların məxfiliyinin qorunması məqsədilə bu proqramlardan biri üçün bron etmək və ya broşüra sifariş etmək istəyən, 18 yaşından aşağı hər hansı istifadəçidən valideyn icazəsi tələb edirik.

7. Həssas Məlumatlar

Biz ümumilikdə sizdən səhifələr vasitəsilə hər hansı həssas şəxsi məlumatları (məsələn, irqi və ya etnik mənsubiyyətlə bağlı məlumat, siyasi görüşlər, dini və ya digər inanclar, sağlamlıq və ya tibbi vəziyyət, əvvəllər cinayət törətməsi və ya həmkarlar ittifaqına üzv olması) bizə göndərməməyinizi və açıqlamamağınızı xahiş edirik. Xüsusi istisnalarda, məsələn sığorta sorğusunda biz sizə bunu necə daha təhlükəsiz etməli olduğunuzu izah edəcəyik.

8. Məxfilik Məlumatlarinin Yenilənməsi

Biz bu Məxfilik Məlumatlarını dəyişə bilərik. Xahiş edirik, bu Məxfilik Məlumatlarının ən son nə zaman işləndiyinə baxmaq üçün bu səhifənin əvvəlində əks olunan “Son yenilənmə” hissəsinə nəzər yetirin. Bu Məxfilik Məlumatlarına edilmiş hər hansı dəyişiklik bizim yenidən işlənmiş Məxfilik Məlumatlarını səhifədə yüklədiyimiz andan qüvvəyə minəcəkdir. Sizin bu dəyişiklikləri izləyərək səhifələrdən istifadə etməyiniz həmin yenidən işlənmiş Məxfilik Məlumatlarını qəbul etdiyiniz anlamına gəlir.

9. Bizimlə Əlaqə

Xahiş edirik, bu Məxfilik Məlumatları ilə bağlı hər hansı sualınız, şərhiniz və ya narahatlığınız olduğu təqdirdə bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Sizin aşağıda göstərilənlərlə bağlı bizə müraciət etmək hüququnuz var:

Əgər sizin bu Məxfilik Məlumatları ilə bağlı hər hansı sualınız və ya şikayətiniz varsa, xahiş edirik keçidə daxil olun. Biz sizin tərəfinizdən hər hansı şikayət daxil olduqdan sonra ən qısa zamanda şikayətlə bağlı araşdırma aparacaq və öz qərarımız haqda sizi məlumatlandıracağıq.

 

Saytda cookie-fayllar və digər analoji texnologiyalardan istifadə olunur. Read more
------------------------