Card image cap
Məqsədimiz

 Embahome brendi olaraq məqsədimiz xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Embahome brendi yenilikçi, inkişaf yönümlü strategiyası, xidmət səviyyəsi və müştəri məmnuniyyətini nəzərə alan böyük kamanda ilə fərq yaratmaqdadır və bu istiqamətdə əsaslı işləri görməyə davam edir. Embahome brendi qarşısına qoyduğu bütün məqsədlərə çatmaq üçün məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsipləri əsas meyar olaraq seçmişdir.


Card image cap
Missiyamız

Missiyamız — İnsanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun mebel təqdim etməkdir.

Biz insanlara inam və əminlik veririk, onların həyatını daha rahat və zövqlü edirik, onların məqsəd və arzularını reallaşdırırıq. Biz dünyanın ən yaxşı şirkətlərindən birini qururuq. Bizim müvəffəqiyyətimiz əməkdaşlarımızın professionallığı və xoşbəxtliyinə əsaslanır . Bizim missiya fəaliyyət gostərdiyimiz hər bir ölkənin iqtisadiyyatında önəmli yer tutaraq, cəmiyyətdə inamı, etibarı və stabilliyi saxlamaqdır.  Bir təşkilat kimi müştərilərimiz və onların tələbatı fəaliyyətimizin əsasıdır.

Card image cap
Vizyon

Dəyərlərimiz:

  • - Vicdanlılıq;
  • - Ənənələrə hörmət etmək və təkmilləşmək;
  • - İnam və məsuliyyətlilik;
  • - Məntiqlilik və peşəkarlıq;
  • - Təşəbbüskarlıq və kreativlik;
  • - Komanda işi və nəticəlilik;
  • - Açıqlıq və xeyirxahlıq;
  • - Sağlam həyat tərzi (bədən, ruh və idrak).

Haqqımızda

 

Embahome brendi ilk yerli mebel olan Embawood şirkətinin 2018 – ci ildə fəaliyyətə başlayan online satış brendidir. Embahome müştəri yönümlü strategiyasını özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işləri görməyə davam edir. Embahome brendi ev konseptində istifadə olunan məhsulların nağd və kredit satışlarının çatdırılmasını və quraşdırılmasını təmin edən online satış platformasıdır. Mebeldə arzulanan tərzi hiss edə bilmək üçün keyfiyyət sistemini yeniləyərək, xidmət səviyyəsini daha yüksək pilləyə qaldırmışdır. Embahome brendi qarşısına qoyduğu bütün məqsədlərə çatmaq üçün məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsipləri əsas meyar olaraq seçmişdir.Embahome brendi yenilikçi, inkişaf yönümlü strategiyası, xidmət səviyyəsi və müştəri məmnuniyyətini nəzərə alan böyük kamanda ilə fərq yaratmaqdadır.